Ombudsman mina xəritələri ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva minalarla bağlı beynəlxalq təşkilatlara
çağırış edib.

Ombudsman Aparatından
Trend
-ə verilən məlumata görə, çağırışda deyilir:

“Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü və işğal
dövründə basdırdıqları minalar insanların həyat və sağlamlığı üçün
potensial təhlükə olaraq qalmaqda davam edir.

Bu gün daha bir Azərbaycan vətəndaşı – Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarının hərbi qulluqçusu Ömərov Seyidağa Mirzağa oğlu
işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində
xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb və müxtəlif
dərəcəli bədən xəsarətləri alıb.

Regionda sülh və təhlükəsizliyə ciddi maneə törədən bu kimi
halları qətiyyətlə qınayır və bir daha beynəlxalq təşkilatları
minaların dəqiq xəritələrinin verilməsi üçün Ermənistana qarşı
əsaslı tədbirlər görməyə çağırırıq”.

Teqlər: