Ombudsman əfv sərəncamından danışıb

Müstəqillik Günü ərəfisində Prezdient İlham Əliyev tərəfindən
68-ci əfv sərəncamı imzalanıb.

AzerTimes-ın məlumatına görəi, bunu İnsan Hüquqları üzrə
Müvəkkil-Ombusdman Səbinə Əliyeva deyib.

O bildirib ki, sərəncam 213 nəfərə şamil olunub, 1 nəfər ömürlük
məhkum cəzadan azad olunub:

“Burada məhkumların ailə vəziyyəti, səhhətləri və s. məsələlər
nəzərə alınıb. Mən də İnsan Hüquqları üzrə müvəkkil olaraq
Prezident İlham Əliyevə 31 nəfərlə bağlı müraciət eləmişəm.
Müraciətlər müsbət olub, 31 nəfərə əfv sərəncamı şamil olunub. Bu
səbəbdən Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya təşəkkür edirəm”.

Teqlər: