Ombudsman ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüş keçirib

Ombudsman Səbinə Əliyeva ATƏT-in media azadlığı üzrə nümayəndəsi
Tereza Ribeyronu qəbul edib.

İlk olaraq S.Əliyeva qonaqlara Azərbaycan Ombudsman təsisatının
çoxşaxəli fəaliyyəti,beynəlxalq təşkilatlarla əməkdaşlıq
istiqamətləri, son iki il ərzində həyata keçirilmiş yeniliklər, o
cümlədən yeni yaradılan şöbə və sektorlar haqqında məlumat
verib.

Daha sonra Ombudsman müxtəlif dövlət qurumları ilə əməkdaşlıq
çərçivəsində qarşıya çıxan problemlərin həlli istiqamətində görülən
işlər və irəli sürülən təkliflər haqqında ətraflı məlumat verib.
S.Əliyeva sonuncu illik məruzədə müxtəlif əhali qruplarının
hüquqlarının təmininə xidmət edən 70-dən artıq təklif verildiyini
qeyd edib.

Bildirilib ki, Ombudsman tərəfindən əhalinin məlumatlılığının
artırılması məqsədilə paytaxt və regionlarda tədbirlər keçirilir,
maarifləndirici çap materialları yayımlanır,həmçinin Ombudsmanın
sosial şəbəkə hesabları vasitəsilə ictimaiyyətə çağırışlar
edilir.

Bundan başqa, ATƏT nümayəndəsinə pandemiya dövründə Ombudsmanın
mövcud iki qaynar xəttinin vahid mərkəzdə birləşdirilməsi yolu ilə
yaradılmış, 24/7 rejimində fəaliyyət göstərən 916 nömrəli Çağrı
Mərkəzi haqqında da məlumat verilib.

Daha sonra qonaqlar informasiya əldə etmək hüququnun təmininə
nəzarət funksiyasının icrası ilə bağlı ətraflı məlumatlandırılıb,
onlara təsisatın nəşrləri olan “İnformasiya əldə etmək hüququmuzu
bilək” və “İnformasiya əldə etmək hüququnu təmin edək” adlı
maarifləndirici bukletlər təqdim edilib.

Görüş zamanıdiqqətə çatdırılıb ki, Ombudsman Aparatı tərəfindən
Azərbaycanda media azadlığı, jurnalistlərin hüquqlarının müdafiəsi,
onların peşə hazırlığının və hüquqi biliklərinin artırılması
məqsədilə müxtəlif tədbirlər, təlimlər və seminarlar təşkil
edilib.

Yekunda Ombudsmanona ünvanlanan sualları cavablandırıb.

Teqlər: