Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar (FOTO)

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə
tədbirlər planına əsasən, Ombudsman Aparatının nümayəndələri Hərbi
Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsini ziyarət ediblər.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, qonaqlar
hərbi qulluqçuların məişət şəraiti ilə yaxından tanış olub,
yataqxana, əşya və ərzaq anbarları, yeməkxana, eləcə də digər
inzibati otaqlara baxış keçiriblər.

Ombudsman Aparatının nümayəndələri hərbi hissədə asudə vaxtın
səmərəli keçirilməsi üçün yaradılan şəraiti, şəxsi heyətlə
vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət
qiymətləndiriblər.


Sonda hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan
hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda
fikir mübadiləsi aparılıb.

Teqlər: