Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaret müsadirə olunub (FOTO)

Nəqliyyat vasitələrində müxtəlif markalı siqaretlər aşkar
edildi.

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2 fakt
üzrə siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin
qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, Baş
İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə
gələn “Mercedes Benz” və “Renault Premium” markalı nəqliyyat
vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual
ediliblər.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat
vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər
hansı bir predmetin olmadığını bildirsələr də, yoxlama zamanı
avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən
gizlədilən 8000 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Teqlər: