Ölkəyə 20 minə yaxın qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb

Xəbər - Çingiz Səfərli – Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda ölkəmizə gələn 10 ədəd “Mercedez Benz” markalı yük avtomobili saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, sorğu-sual zamanı sürücülər nəqliyyat vasitəsində, üzərində gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildiriblər.

Yoxlama zamanı isə nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 19 920 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.


Twitter:@cingizsafarli

Teqlər: