Ölkəsinə qayıdan Qutsula təhqirlər yağdırıldı

Ölkəsinə qayıdan Qutsula təhqirlər yağdırıldı

Moldovanın Kişinyov hava limanı ərazisində bir qrup şəxs ölkəyə dönən Qaqauziya lideri Yevgeniya Qutsulun ünvanına təhqirlər səsləndirib.

AzerTimes xarici mediaya istinadən xəbər verir ki, polis qüvvələri həmin şəxsləri ərazidən uzaqlaşdırıb.

Aeroport ərazisində hər hansı əlavə insident qeydə alınmayıb.

Qeyd edək ki, bundan öncə Kreml rəhbəri Vladimir Putinlə görüşən Qutsulun ölkəyə qayıdarkən hava limanında həbs oluna biləcəyi barədə məlumatlar yayılmışdı.

Teqlər: