Ölkəmizin adını dəyişib, belə qoyaq –

Ölkəmizin adını dəyişib, belə qoyaq –

Azərbaycanda yeni konstitusiyanın qəbuluna ehtiyac olduğunu düşünürəm. Biz Bütöv Azərbaycanın cəmi 20 faizini təmsil edirik. Ancaq Azərbaycan adından imtina etməməliyik. Fikrimcə, ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bu, soydaşlarımıza stimul da verərdi.

AzerTimes xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat Cənubi və Şimali Koreya adlı iki dövlətin olmasını buna misal kimi göstərib:

“Dünya birliyi bilməlidir ki, Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən ikiyə bölünüb. Dünya ictimaiyyəti də bilər ki, biz ikiyə bölünmüş xalqıq”.

Teqlər: