Ölkəmizə gələnlərə işğaldan azad edilmiş əraziləri tanıtmaq məqsədi ilə yeni layihəyə start verilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun bərpası
istiqamətində genişmiqyaslı işlər aparılır. Bu prosesin önəmli
parçası olaraq, işğaldan azad edilmiş ərazilərimizə doğru
istiqaməti və məsafəni bildirən məlumatverici lövhələrin
quraşdırılması işləri də davam etdirilir.

Bu barədə AzerTimes-a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat
verilib.

Bu istiqamətdə Agentlik tərəfindən növbəti layihəyə start
verilib. Belə ki, ölkəmizin bütün giriş qapılarından başlayan
yollara paytaxtımız Bakı ilə yanaşı Azərbaycanın tarixi mədəniyyət
mərkəzi və Qarabağımızın tacı olan Şuşa şəhərinədək olan məsafəni
bildirən məlumatverici lövhələrin quraşdırılması işlərinə start
verilib. Məqsəd ölkəmizə gələn hər bir şəxsə işğaldan azad edilmiş
əraziləri tanıtmaqdır.

Layihə çərçivəsində məlumatverici lövhələr ilkin mərhələdə
Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun
Samur, Bakı-Ələt- Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil
yolunun Qırmızı körpü və Ələt-Astara-İran İslam Respublikası ilə
dövlət sərhədi avtomobil yolunun Astara sərhəd keçid məntəqələri
hissəsində olan magistral avtomobil yollarında quraşdırılıb.

Növbəti mərhələdə anoloji məlumatverici lövhələrin
Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi avtomobil yolunun Ağbənd,
Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun
Mazımçay, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi
avtomobil yolunun Biləsuvar, Gəndob-Xaçmaz-Yalama-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Yalama,
Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun
Sadıxlı sərhəd keçid məntəqələri, həmçinin
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bakı
Beynəlxalq Dəniz Ticarəti Limanı hissəsində olan avtomobil
yollarına quraşdırılması nəzərdə tutulur.

Sözügedən layihə çərçivəsində işlər mərhələli şəkildə davam
etdirilir və anoloji məlumatverici lövhələrin zəruri olan digər
ərazilərdə də quraşdırılması planlaşdırılır.

Bununla yanaşı bütün magistral və respublika əhəmiyyətli, həmçinin
yeni inşa edilən avtomobil yollarında işğaldan azad olan
ərazilərimizdə yerləşən şəhər və rayon mərkəzlərinə qədər olan
məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması, köhnə
lövhələrin yenilənməsi işləri da paralel olaraq davam
etdirilir.

Teqlər: