Cənubi Koreyada hərbi təyyarə qəzaya uğrayıb

Cənubi Koreyanın cənubundakı Saçhon şəhərində Hərbi Hava
Qüvvələrinə məxsus hərbi-təlim təyyarəsi qəzaya uğrayıb.

Trend-in
məlumatına görə, hadisə nəticəsində üç nəfər həlak olub. Daha bir
nəfər isə xəsarət alıb.

Qəzanın təlim uçuşu zamanı baş verdiyi bildirilir.

Digər təfərrüatlar haqqında məlumat verilmir.