“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın hadisəsi nəticəsində
“Sun Food” MMC-yə məxsus anbarlara ciddi maddi ziyan dəysə də,
əməkdaşlar arasında xəsarət alan yoxdur.
Trend-in məlumatına görə, bu barədə “Azərsun Holdinq”in rəsmi “Facebook” səhifəsində paylaşım edilib.
Qeyd edilib ki, istehsal müəssisələri yanğın baş verən ərazidən
aralıda yerləşdikləri üçün onlara hər hansı ziyan dəyməyib,
həmişəki gücü ilə çalışırlar.
“Sun Food” MMC şirkətinin Xırdalan və digər ərazilərdə yerləşən
anbarlarında kifayət qədər ehtiyatları mövcuddur. Ölkədə yağ və
digər qida məhsullarının təminatı ilə bağlı hər hansı çətinlik
yaranmayacaq. Baş vermiş hadisə ilə bağlı dəstəyini bildirmiş hər
kəsə təşəkkürümüzü bildiririk.
Hazırda aidiyyatı dövlət qurumları tərəfindən araşdırma
aparılır, ictimaiyyət nəticələr barədə məlumatlandırılacaqdır”, –
deyəpaylaşımda bildirilib.