Ölkədə son iki gündə 30 mindən çox ağac əkildi

Ölkədə son iki gündə 30 mindən çox ağac əkildi

Son iki gündə meşə fondu torpaqlarında 30 mindən artıq ağac əkilib.

Bu barədə AzerTimes-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, dünən və bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə Oğuz, Şirvan, Zaqatala, Şamaxı, Lənkəran, Bərdə, Tovuz, Qəbələ, Sabirabad və Şəki rayonlarının meşə fondu torpaqlarında, ümumilikdə 30 mindən çox ağac əkilib, 100 kiloqram toxum səpilib.

Teqlər: