Ölkədə 28 müəssisədə nöqsanlar aşkarlandı

Ölkədə 28 müəssisədə nöqsanlar aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AzerTimes-a verilən məlumata görə, fevralın 7-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 31 ticarət müəssisəsi və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 28 müəssisədə nöqsanlar aşkar olunub.

Həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə əlaqədar 21, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 13, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 7, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 7, saxta alkoqollu içkilərin satışı ilə bağlı 1, açıq şəkildə satışı həyata keçirilən məhsullara qoyulan tələblərdə uyğunsuzluqla bağlı 2 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, saxta alkoqollu içkilərin satışı və açıq şəkildə satışı həyata keçirilən məhsullara qoyulan tələblərdə uyğunsuzluqla bağlı nöqsanlar aşkar edilmiş müəssisələr haqqında linki vasitəsilə məlumat almaq mümkündür.

Teqlər: