Ölkə ərazisində müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb

Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, inversiya dumanlarının əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir. Nisbətən yuxarı təbəqədə temperaturun yüksək olması səbəbindən Xəzər dənizi üzərində formalaşan duman qatı Abşeron yarımadasına daxil olmuşdur. Bu günlərdə azhərəkətli hava kütləsi, zəif külək duman üçün əlverişli olmuşdur.


Yanvarın 2-də gecə və səhər saatlarında da dumanlı hava şəraiti davam edəcək. Gündüz saatlarından başlayaraq küləyin sürəti artanda duman olmayacaq.

Teqlər: