Olimpiya oyunlarında iştirak edəcək daha iki idmançıda koronavirus aşkarlanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Çinda start götürəcək Qış Olimpiya Oyunlarında iştirak edən Danimarkanın hokkey komandasının iki oyunçusunda koronavirus aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Danimarka Olimpiya Komitəsi bildirib.

Qeyd olunur ki, hokkeyçilər Mattias Asperup və Nik Olesenin Pekin hava limanında test nəticələri müsbət olub.

Hazırda hər iki idmançı hoteldə təcrid olunub, onlar hər gün test verəcək və mənfi nəticədən sonra məşqlərə qayıda biləcək.

Qeyd edək ki, Pekində 24-cü Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək. Kişilər arasında hokkey turniri fevralın 9-da start götürəcək.

Teqlər: