“Olimpiakos”un baş məşqçisi: Alınmadı…

“Olimpiakos”un baş məşqçisi: Alınmadı…

Matça çox yaxşı başladıq. Ümumilikdə oyuna nəzarət edirdik. İkinci hissədə isə səhvlərimiz oldu. Bu turnirdə isə səhvə yol verəndə cəzasını çəkirsən.

AzerTimes xəbər verir ki, bunu “Olimpiakos”un baş məşqçisi Miçel Qonsales Yunanıstanda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis bildirib, uduzanda mütləq nəyəsə peşman olursan:

“Əvəzetmələr yerində idi. Sadəcə, alınmadı. Oyuna nəzarəti itirdik və əks-hücumda qol buraxdıq. Bundan sonra səhvlərimizi görməli, onları düzəltməyi öyrənməli və hansı kluba aid olduğumuzu bilməliyik”.

Teqlər: