“Olimpiakos” səfərdə qalib gəldi

“Olimpiakos” səfərdə qalib gəldi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” Yunanıstan Superliqasında 9-cu tur oyununu keçirib.

AzerTimes xəbər verir ki, Pirey təmsilçisi səfərdə “Panetolikos”un qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

Bu qələbə ilə xalını 17-yə çatdıran “Olimpiakos” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Siyahıya 24 xalla (8 oyun) “Panatinaikos” başçılıq edir.

Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”u Yunanıstanda 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında Bakıda keçirilən ikinci oyun isə qolsuz bərabərliklə yekunlaşıb.

Teqlər: