Ölən polislərdən biri Mehdiyevin qohumu imiş

Ölən polislərdən biri Mehdiyevin qohumu imiş

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq vəfat edib.

AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, vəfat edən polislərdən biri – 35 yaşlı Elmir Əsgərov Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA sabiq prezidenti Ramiz Mehdiyevin toy qalmaqalına görə həbs olunan kürəkəni İlham Əliyevin yaxın qohumudur.

Qeyd edək ki, Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları – 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərov kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: