Öldürülən Haiti prezidentinin xanımı vətəninə qayıdıb

Öldürülən Haiti prezidenti Jovenel Moizin xanımı Martin Moiz vətəninə dönüb.

Trend TASS-a istinadən xəbər verir ki, M.Moizi hava limanında karib respublikasının Baş naziri Klod Jozef qarşılayıb. Dərc olunan fotolarda qadının güllə keçirməyən jilet geyindiyi, qolunun sarğılandığı göstərilir.

Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-də iqamətgahına hücum nəticəsində öldürülüb, xanımı isə yaralanıb. Daha sonra M.Moiz müalicə üçün ABŞ-a aparılıb.

Teqlər: