ABŞ-da atışma olub, 2 nəfər ölüb

ABŞ-ın Sakramento şəhərində (Kaliforniya ştatı) baş verən atışma nəticəsində ən azı iki nəfər öldürülüb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə yerli polis idarəsinin saytında deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma nəticəsində daha dörd nəfərin yaralandığını bildirib. Hadisə yerində bir neçə odlu silah tapılıb.

Polis hadisəni araşdırır. İlkin məlumata əsasən atışmaya iki qrup arasında baş verən qarşıdurma səbəb olub.

Teqlər: