Oksigen terapiyası dərini cavanlaşdıracaq və qırışları hamarlaşdıracaq

Bioxygen və ya Oxygen Theraphy – cavan və orta yaş dəri üçün nisbətən yeni qulluq itiqamətidir. Oxygen mezoterapiyası dərinin cavanlaşdırılmasına, sağlamlığına və qırışların korreksiyasına yönəlik prosedurdur. Manipulyasiya, müailicəvi kokteylin aktiv maddələrini epidermisin aşağı təbəqələrinə çatdırmaq üçün effektiv vasitə kimi oksigenin istifadəsinə əsaslanır. Prosedur dərinizi zəruri vitaminlər, minerallar və ən əsası yaşlanma əlehinə olan hialuron turşusu ilə təmin edəcək.

Oxygen terapiyası 98% oxygen kokteylinin dərinin dərin qatına yeridən xüsusi OXYGET cihazı vasitəsi ilə aparılır. Beləliklə derma toxumaları oksigeni adət etdiyi kimi qandan yox havadan alır.

Aktiv maddələr dərini faydalı kompanentlərlə zənginləşdirərək, daha tez mənimsənir. Toxumaların oxygenlə zənginləşməsi nəticəsində, cavan kollagen ifrazını aktivləşdirir, mübadilə prosesini və limfa axınını sürətləndirir.

Oxygen mezoterapiyası qısa zamanda dərini nəmləndirir, dəri örtüyünü bərpa edir, estetik deformasiya və yaşla bağlı dəyişikliklərlə mübarizədə kömək edir. Dəri – ən böyük orqandır, buna görə mütəmadi olaraq oxyegnlə zənginləşməsinə və faydalı maddələrə ehtiyacı var.

Oxygen çatışmazlığında dəri cansız, solğun olur, daha tez qocalır və möhkəmliyini itirir. Bütün bunların qarşısını almaq üçün, dermanın həyat tonusunu bərpa etmək üçün Oxygen terapiyası etmək vacidir.

ÄSTHETIK LAB klinikasının mütəxəssisləri dərinizin qayğısına qalacaqlar. Almaniyanın müasir avadanlığı ilə təchiz olunmuş klinika üç korpusdan, 100 -dən çox prosedur otağından ibarətdir. Klinikanın əsas istiqamətləri aparat kosmetologiyası və trixologiyadır. Klinikada 100 -dən çox mütəxəssis çalışır.

Ünvan: Koroğlu Rəhimov küçəsi, 47

Prosedurlara qeyd edilmiş əlaqə nömrələri ilə qeydiyyatdan keçə bilərsiniz: +994125555534, +994504000303

Teqlər: