Oksford 2021-ci ilin sözünü seçib

Xəbər - Orxan Nəbiyev – Trend:

Böyük Britaniyanın Oksford lüğəti “vax” sözünü (vaksin, vaksinləmək) 2021-ci ilin sözü seçib.

Trend-in məlumatına görə, bu barədə lüğətin saytında deyilir.

Mütəxəssislərin araşdırmaları nəticəsində “vax” sözü 2021-ci ilin sentyabrına kimi ötən ilin eyni dövrü ilə müqayisədə 72 dəfə çox işlənib.


Qeyd edək ki, Oksford lüğətinin redaksiyası 2020-ci ilin sözünü seçə bilməmişdi. Ötən il tərtibatçılar 16 ən populyar sözü, o cümlədən “koronavirus”, “karantin”, “sosial məsafə”, eləcə də “meşə yanğını” kimi sözləri ən çox işlənən söz və söz birləşmələri sırasına daxil etmişdi.