Okko onlayn kinoteatrı Azercell ilə smartfonlarınızda

Lider mobil operator Okko tətbiqinə abunəlik xidmətini güzəştli
şərtlərlə təqdim edir
Ölkənin lider mobil operatoru rəqəmsal məhsullar portfelini
genişləndirməyə davam edir. Bu dəfə “Azercell Telekom” MMC MDB-nin
ən böyük onlayn kinoteatrlarından biri olan Okko-nu yerli bazarda
xüsusi şərtlərlə təqdim edir. Mobil operator öz abunəçilərinə
dünyada 20 milyona yaxın müştərinin rəğbətini qazanan bu tətbiqdən
45% -dək endirimlə yararlanmaq imkanı verir.

Qeyd edək ki, Okko vasitəsilə 90.000-dən çox bədii və cizgi
filmlərini, eləcə də serialları heç bir reklam fasiləsi olmadan
Full HD 4K və 8K keyfiyyətində izləmək mümkündür. Həmçinin, xidmət
smart funksiyası olan televizorların əksəriyyətində də
mövcuddur.
Azercell Okko onlayn kinoteatrına güzəştli qiymətlərlə Optimum
paketinə abunəliyi təqdim edir. Bu paketə Paramount+, Vip Play,
Okko Lite, uşaqlar üçün xüsusi kontent, elm-təhsil sahəsinə dair
veriliş və filmlər daxildir. Bundan əlavə, paketə abunə olanlar
karaoke xidmətindən istifadə edib, dünya üzrə məşhur hitləri ifa
etmək imkanı da əldə edirlər.
Okko-ya üç növ – gündəlik, həftəlik və aylıq abunə təklif edilir.
Gündəlik abunənin xidmət haqqı 0.35 AZN, həftəlik abunə 1.5 AZN,
aylıq abunə isə cəmi 4.99 AZN təşkil edir. Hazırda bu xidmətin
aylıq abunəliyinə qoşulanlar 30 gün Okko onlayn kinoteatrından
pulsuz istifadə etmək imkanı qazanacaq.

Okko xidmətinə həm USSD kod, həm SMS vasitəsilə abunə olmaq
mümkündür. Gündəlik paket üçün *800#, həftəlik abunə üçün *890#,
aylıq paket üçünsə *899# kodunu yığmaq lazımdır. Bu zaman xidmətə
qoşulmaq üçün məlumat və yükləmə linki SMS-lə telefona
göndərilir.


SMS vasitəsilə xidmətə qoşulmaq üçün Start gun, Start hefte və
Start ay sözlərini paket növünə uyğun olaraq 6660 qısa nömrəsinə
göndərmək lazımdır. Bu xidmətə abunəliyi Azercell-in “Kabinetim”
mobil tətbiqi üzərindən də aktivləşdirmək olar.

Bağlantını asanlaşdırmaqla abunəçilərinin həyatını daha da
dolğun etməyi hədəfləyən Azercell indi də onlara bir abunədə
minlərlə filmə baxmaq fürsətindən yararlanmağa dəvət edir.