Okan Buruk Superliqanın tarixinə düşdü

Okan Buruk Superliqanın tarixinə düşdü

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Türkiyə Superliqasının tarixinə düşüb.

AzerTimes xəbər verir ki, bu barədə “aslanlar”ın X hesabına məlumat paylaşılıb.

Bildirilib ki, O.Buruk buna “sarı-qırmızılar”ın 26-cı turda səfərdə “Ankaragücü”nü məğlub etməsi (3:0) sayəsində nail olub.

O, Superliqada bir komandanın “sükanı arxasında” 50 qalibiyyətə ən az matçda (62 oyun) çatan baş məşqçidir.

Qeyd edək ki, “Qalatasaray” 69 xalla birinci pillədə qərarlaşıb. İkinci sıradakı “Fənərbağça”nın 67 xalı var.

Teqlər: