Öhdəmizə düşən vəzifə Türkiyə və Azərbaycan qardaşlığını daha da dərinləşdirməkdir – Hulusi Akar (FOTO)

Öhdəmizə düşən vəzifə Türkiyə və Azərbaycan qardaşlığını daha da
dərinləşdirməkdir.

Trend xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Naziri
Hulusi Akar nazirlikdə Vətən müharibəsi qazilərini qəbul edərkən
deyib.

Onun sözlərinə görə, Azərbaycan ordusu müharibəni böyük bir
uğurla sona çatdırdı.

“Öhdəmizə düşən vəzifə Türkiyə və Azərbaycan qardaşlığını daha
da dərinləşdirmək, daha da irəli aparmaqdır. Beləliklə gələcəyə
güclü və arxayın şəkildə baxa bilərik”, – deyə nazir bildirib.

Teqlər: