Oğuzda meşə yanğını söndürülüb (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Oğuz
rayonunun Xaçmaz kəndi yaxınlığında meşə ərazisində yanğın baş
verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in
Dövlət Yanğından Mühafizə Xidməti Oğuz Rayon Yanğından Mühafizə
Hissəsinin qüvvələri çağırış üzrə əraziyə cəlb olunub.

FHN-dən Trend-ə bildirilib ki, havanın küləkli olmasına
baxmayaraq görülmüş operativ tədbirlər sayəsində yanğın qısa
müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib.
Yanğın nəticəsində təqribən 1,5 ha sahədə quru ot və kol-kos yanıb,
sıx meşəlik ərazi yanğından mühafizə olunub. Yanğının
söndürülməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə
Təsərrüfatı Mərkəzinin əməkdaşları da iştirak edib.

Teqlər: