Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi
istiqamətində Oğuz Rayon Polis Şöbəsi, DİN-in Daxili Qoşunları və
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən
birgə əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, rayonun
Bucaq kəndi ərazisindəki meşə massivinə baxış keçirilən zaman
oradan döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və 78 ədəd
avtomat patronu aşkarlanaraq götürülüb. Götürülən qumbara
təhlükəsiz əraziyə götürülərək zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.