Oğuzda avtomobillər toqquşdu: yaralılar var

Oğuzda avtomobillər toqquşdu: yaralılar var

Oğuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

AzerTimes xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 və VAZ-21011 markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrinin hər ikisi yoldan çıxaraq ağaclara çırpılıb.

Qəza zamanı 3 nəfər (şəxsiyyətləri dəqiqləşdirilir-red) xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: