Oğuz rayonunda ağır yol qəzası baş verib.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuzun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”da olan bir sərnişin hadisə yerində keçinib. Qəza zamanı hər iki avtomobildə olan bir-neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.