Oğuzda ağacların üzərinə yandırıcı maddə tökdülər

Oğuzda ağacların üzərinə yandırıcı maddə tökdülər

Oğuzda iri gövdəli ağacları qurutmaq üçün üzərinə yandırıcı maddə töküblər.

AzerTimes Report-a istinadən xəbər verir ki, İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun kənarında, Oğuz rayonu Sincan kəndi ərazisindən keçən hissəsində 4 ədəd qovaq ağacı deşilərək içərisinə yandırıcı maddə tökülüb.

Kənd sakinləri bildiriblər ki, naməlum şəxs və ya şəxslər ağacların gövdəsini deşərək onları qurutmaq məqsədilə yandırıcı maddə töküblər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ağaclara baxış keçiriblər və fakt təsdiqini tapıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş-leytenantı Mahir Məsimov bildirib ki, hadisədən məlumatlıdırlar:

“Məlumat daxil olan kimi dərhal polis əməkdaşları tərəfindən Sincan kəndi ərazisindəki həmin ağaclara baxış keçirilib və hazırda sözügedən məsələ ilə bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.”

Teqlər: