Oğuzda 3 maşın toqquşdu: xəsarət alanlar var

Oğuzda 3 maşın toqquşdu: xəsarət alanlar var

Oğuz rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, hadisə bu gün İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mersedes Vito” markalı mikroavtobusla “Toyota Prius” və “Opel” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: