Oğuzda 16 yaşlı qız qaçırıldı: polislər xilas etdi

Oğuzda 16 yaşlı qız qaçırıldı: polislər xilas etdi

Oğuz rayonunda 16 yaşlı qız qaçırılıb.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, Hüseyn Məhərrəmov, Yaqub Musayev və Samir Quliyev Oğuz rayonuna gələrək 16 yaşlı qızı razılığı olmadan VAZ-2106 markalı avtomobillə qaçırıblar.

Onlar qızı Yevlax rayonuna aparan zaman yol polisi əməkdaşları yoxlama məqsədi ilə maşını saxlayıblar. Bu zaman qız maşından düşərək, polislərə onu zorla qaçırdıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, qızı qaçırmaqda şübhəli bilinən üç nəfər şübhəli şəxs qismində saxlanılıblar.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Teqlər: