Oğlum bilmirəm haradadır! – İsa Həbibbəyli

Oğlum bilmirəm haradadır! – İsa Həbibbəyli

Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır.

AzerTimes xəbər verir ki, bu barədə Gununsesi.info-ya Naxçıvan Muxtar Respublikasının Gömrük Xidmətinin rəisi Səhət Həbibbəylinin saxlanması barədə xəbərlərə atası, AMEA prezidenti İsa Həbibbəyli münasibət bildirərkən deyib.

“Oğlunuz haradadır, ondan xəbəriniz varmı” sualına isə İsa Həbibbəyli ” Bilmirəm ki, haradadır, xəbərim də yoxdur” deyərək, telefonun dəstəyini asıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında anti-korrupsiya əməliyyatları başlayıb.

Muxtar Respublikanın gömrük və digər maliyyə qurumlarından bir neçə şəxsin həbs edildiyi deyilir.

Teqlər: