Odessada çimərliklər qadağan edildi

Odessada çimərliklər qadağan edildi

Suyun vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi səbəbindən Odessa çimərliklərində çimmək qadağan edilib.

AzerTimes xəbər verir ki, bu barədə Odessa şəhər şurasından məlumat verilib.

Məlumata görə, çimərliklərdə çimmək əhalinin sağlamlığına ciddi ziyan vura bilər.

Qərar Texnogen-Ekoloji Təhlükəsizlik və Fövqəladə Hallar Komissiyasının iyunun 17-də keçirilən növbədənkənar iclasında qəbul edilib.

Teqlər: