Odessa limanı “Kalibr”lərlə vuruldu

Odessa limanı “Kalibr”lərlə vuruldu

Bu gün Ukraynanın Odessa şəhəri “Kalibr” tipli qanadlı raketlərlə hücuma məruz qalıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Operativ Komandanlığı məlumat yayıb.

Bildirilir ki, raketlər Odessa Dəniz Ticarət Limanına atılıb:

“İki raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, ikisi isə liman ərazisinə düşüb. Nəticədə limanın ərazisində dağıntılar qeydə alınıb”.

Teqlər: