Obrayen Azərbaycana gəlir

Obrayen Azərbaycana gəlir

ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen dekabrın 6-dan 8-dək Azərbaycan və Rumıniyaya səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Obrayen Bakıda Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədilə Azərbaycanın vəzifəli şəxsləri ilə görüşəcək.

Rumıniyada dövlət katibinin köməkçisi Moldova və Ukrayna rəsmiləri, həmçinin Avropa Komissiyasının nümayəndələri ilə görüşlə yanaşı taxıl ixracı ilə bağlı iclasda iştirak edəcək. Orada o, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək niyyətindədir.

Teqlər: