Obama “Emmi” mükafatına layiq görüldü

Obama “Emmi” mükafatına layiq görüldü

ABŞ-ın keçmiş prezidenti Barak Obama “Görkəmli təqdimatçı” nominasiyası üzrə “Emmi” mükafatına layiq görülüb.

AzerTimes xəbər verir ki, bu barədə “Emmi” kinoakademiyasının saytında məlumat verilib.

Obama bu mükafata “Our Great National Parks” filmindəki işinə görə layiq görülüb.

Qeyd edək ki, “Our Great National Parks” Netfliks şirkətinin istehsalıdır. Filmdə ABŞ, Keniya, Çili və digər ölkələrdəki milli parklardan bəhs olunur.

Teqlər: