Türkiyə Xarici işlər Nazirliyi 17 noyabr – Milli Dirçəliş Günü ilə bağlı Azərbaycanı təbrik edib.
AzerTimes xəbər verir ki, bu barədə nazirlik X hesabında paylaşım edib.
“35 il öncə müstəqillik üçün ayağa qalxan azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını azadlığa qovuşdurdu. O gün Bakıda qaldırılan bayraq bu gün bütün Azərbaycan səmalarında dalğalanır! Can Azərbaycanın Milli Dirçəliş Gününü təbrik edirik!” – paylaşımda bildirilib.