Azərbaycanda İran vətəndaşına hökm oxundu

Azərbaycanda İran vətəndaşına hökm oxundu

Beyləqan Rayon Məhkəməsində İran-Azərbaycan dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilən İran vətəndaşı Həmidi Bəhmənə hökm oxunub.

AzerTimes xəbər verir ki, hökm Beyləqan Rayon Məhkəməsində hakim Seyfəli Seyfullayevin sədrliyi ilə keçirilən iclasda elan olunub.

O, 9 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, H.Bəhmən cari il sentyabrın 10-da “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini qanunsuz keçməyə çalışarkən sərhəd naryadı onu saxlayıb.

Araşdırma zamanı saxlanılan şəxsin dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədi ilə pozması müəyyən olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Teqlər: