Nyu Yorkun məşhur küçəsində Azərbaycan bayrağı – Foto

Nyu Yorkun məşhur küçəsində Azərbaycan bayrağı – Foto

18 oktyabr – Azərbaycanın Müstəqilliyin Bərpası Günü münasibətilə ölkəmizin bayrağı ABŞ-ın Nyu York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində – “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, Azərbaycan-Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş tutan mərasimdə Nyu Yorkda yaşayan həmvətənlərimiz iştirak ediblər.

Üçrəngli bayrağımızı ölkəmizin dövlət himninin sədaları altında Azərbaycan-Nyu York Assosiasiyasının sədri Ərcan Yerdələnli Nyu York səmasına qaldırılıb. Azərbaycanın və ABŞ bayraqları səmada birlikdə dalğalanıb.

Azərbaycan bayrağı turistlərin diqqətini çəkib, onlar həmvətənlərimizə yaxınlaşıb ölkəmiz haqqında məlumatlar alıblar. Turistlər bağrağımızın fonunda şəkil çəkdiriblər.

Qeyd edək ki, Nyu York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green” bu gündən etibarən 10 gün müddətində Azərbaycan bayrağına ev sahibliyi edəcək.

Teqlər: