Nyu-Yorkun mərkəzində partlayış olub (VİDEO)

ABŞ-ın Nyu-York şəhərinin mərkəzində baş verən partlayış
insanların təşvişinə səbəb olub.

Trend-in
məlumatına görə, hadisə şəhəri mərkəzində “Tayms” meydanında baş
verib.

Qeyd olunur ki, bölgədə bir neçə kanalizasiya lyuku partlayıb.
Partlayışa yeraltı kabelin səbəb olduğu deyilir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Xəsarət alanların
olmadığı bildirilir.