Nyu-Yorkda sərnişin avtobusu qəzaya uğrayıb, onlarla insan xəsarət alıb

ABŞ-ın Nyu-York ştatında sərnişin avtobusu qəzaya uğrayıb.

AzerTimes-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 50 nəfər xəsarət alıb.

Məlumata əsasən, bütün xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.


Bildirilir ki, avtobus Niaqara şəlaləsi istiqamətində hərəkət edirmiş. Qəzanın səbəbi açıqlanmır.