Nyu-York metrosunda silahlı şəxs insanları güllələyib, 13 yaralı var

ABŞ-ın Nyu-York şəhərində metro stansiyalarının birində silahlı
şəxs ətrafdakı insanları güllələyib.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində azı 13 nəfər
yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu
deyilir.

İnsident şəhərin Bruklin rayonunda qeydə alınıb. Hadisədən sonra
metroda hərəkət dayandırılıb.

Polis bölgəni nəzarətə alıb.