Nüvə təxribatı törədib, bizi günahlandıra bilərlər – Karçaa

Nüvə təxribatı törədib, bizi günahlandıra bilərlər – Karçaa

Qərb və Kiyevin Rusiyanı günahlandırmaq üçün Ukraynada nüvə silahından istifadə ilə təxribat törətmək ehtimalı yüksəkdir.

AzerTimes xəbər verir ki, bunu “Rosenerqoatom” şirkətinin baş direktorunun müşaviri Renat Karçaa deyib.

“Müşahidə etdiyimiz tendensiyalara əsasən, mən bu ehtimalı kifayət qədər yüksək qiymətləndirərdim.

Qərb və Kiyev rejimi bu eksperimenti həyata keçirə, nəinki vəziyyəti gərginləşdirmək naminə, həm də bunun min kilometr uzaqlıqda hansı nəticələrə gətirib çıxara biləcəyi ilə maraqlanmadığı üçün belə bir addım ata bilərlər”, – Karçaa qeyd edib.

Teqlər: