Nüvə silahı yaratmaq istəsək, kimsə mane ola bilməz

Nüvə silahı yaratmaq istəsək, kimsə mane ola bilməz

İran nüvə silahı yaratmaq qərarına gəlsə, heç kim onun qarşısını ala bilməz.

AzerTimes xəbər verir ki, bunu keçmiş İran diplomatı və Məhkəmə Hakimiyyəti sədrinin beynəlxalq məsələlər üzrə sabiq müavini Məhəmməd Cavad Laricani televiziya proqramında deyib.

“Xameneinin fitvasına görə, bizə atom silahları da daxil olmaqla, kütləvi qırğın silahlarının istehsalına icazə verilmir, lakin nə vaxtsa bunu etmək istəsək, təbii ki, heç kim bizə mane ola bilməz. Özləri də bunu bilirlər”, – o əlavə edib.

Teqlər: