İranın nüvə proqramı üzrə danışıqlarda nümayəndəsi Əli Baqeri
Kani bildirib ki, JCPOA ölkələri razılaşmaya heç vaxt olmadığı kimi
yaxınlaşıblar.
Trend xəbər verir ki, Ə.B. Kani öz “Twitter” səhifəsində qeyd
edib ki, həftələrlə davam edən intensiv danışıqlardan sonra
tərəflər razılaşmaya əvvəlkindən daha yaxındır.
“Danışıqlar aparan tərəfdaşlarımız realist olmalı,
kompromisslərdən qaçmamalı və son 4 ilin bizə verdiyi dərsə diqqət
yetirməlidirlər. Onların ciddi qərarlarının vaxtıdır”, – deyə
İranlı rəsmi bildirib.
Yanvarın 26-da Vyanada İrana qarşı sanksiyaların ləğvi ilə bağlı
danışıqların səkkizinci raundu başlayıb.