Kürdəmir sakinindən 3 kiloqramdan artıq narkotik götürülüb (FOTO)

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə
qarşı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, şöbə əməkdaşların keçirdikləri əməliyyat tədbirləri
nəticəsində rayonun Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş
Tural Rasulov yaşadığı evin yaxınlığında saxlanılıb. Onun üzərinə
keçirilən baxış zamanı əynində olan gödəkçənin cibindən bir ədəd
kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanaraq
götürülüb.

Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin ətrafında
aparılan əməliyyat tədbirləri nəticəsində isə T.Rasulovun kənd
ərazisində yetişən böyürtkən kollarının arasında gizlətdiyi təmiz
çəkisi 3 kiloqram 50 qram olan marixuana da aşkar edilərək maddi
sübut kimi götürülüb.


Dindirilmə zamanı həmin şəxs narkotik vasitələrin ona məxsus
olduğunu və qanunsuz əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar
davam etdirilir.

Teqlər: