Nüvə müharibəsi? Vanqa və Nostradamusdan şok proqnoz…

Nüvə müharibəsi? Vanqa və Nostradamusdan şok proqnoz…

Əgər Kiyev “təxribatlara” əl atsa, o zaman Ukraynadakı hərbi əməliyyat nüvə zərbəsi ilə başa çata bilər.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın “İnteresnaya Rossiya” (Maraqlı Rusiya – red.) qəzeti məlumat yayıb.

“Məlumdur ki, vaxtilə Nostradamus bizim günlərimiz haqqında danışarkən dəhşətli proqnoz verib. O, nüvə silahından danışarkən “Yer kürəsi 72 saat qaranlığa qərq olacaq” deyib. Mütəxəssislərin fikrincə, məşhur astroloqun bu sözləri məhz bizim yaşadığımız günləri əhatə edir. Onun fikrincə nüvə zərbəsi və onun nəticələri isə insanlıq üçün çox böyük zərbə olacaq. Dünyaca məhşur bolqar ekstrasens Vanqanın fikrincə isə, “Səkkizinci gələndə hər şey bitəcək. Günəş bir anlıq sönəcək”. Ekspertlər hesab edir ki, nüvə müharibəsi Ukraynanın səkkizinci prezidentinin dövründə baş tutacaq. Qeyd edək ki, Vladimir Zelenski Ukraynanın 8-ci prezidentidir”, – qəzet yazır.

Teqlər: