Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, telefon söhbəti zamanı Nursultan Nazarbayev helikopter qəzası nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.

Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.

Teqlər: