Nuland buna görə gəlib: Zalujnı çevriliş edə bilər

Nuland buna görə gəlib: Zalujnı çevriliş edə bilər

Ukraynada dövlət çevrilişi təhlükəsi var, ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın Kiyevə təcili səfəri də bununla bağlı olub.

AzerTimes xəbər verir ki, bu barədə “Asiya Tayms” məlumat yayıb.

İddia edilib ki, Ukrayna ordusunun baş komandanı Zalujnının dövlət çevrilişi etmək imkanı var:

“Zalujnı qoşunları göndərərək, Zelenskini devirə bilər. Buna görə də Nuland Kiyevə Zelenskidən çox, Zalujnı ilə danışmaq üçün səfər edib. Təbii ki, o söhbətlər barədə heç nə məlum deyil, ancaq ehtimal etmək olar ki, Nuland Zalujnını kəskin addımlardan çəkinmək üçün sakitləşdirməyə çalışıb”.

Qeyd edək ki, Nuland Kiyevə ötən həftə, Zalujnının istefası xəbərləri fonunda səfər etmişdi.

Teqlər: